Avtomobil Diaqnostikası üzrə Təlimlər
20-04-2021
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Avtomobil Diaqnostikası üzrə Təlimlərə müraciətləri qəbul edir.
Təlimdə seçilmiş iştirakçılar aşağıda qeyd edilən sistemlər üzrə, diaqnostika və təmir bacarıqlarını əldə edəcəklər:
yanacaq vurma sistemi;
qəbul çıxış sistemi;
birbaşa benzin püskürtmə sistemi;
yüksək təzyiqli yanacaq sistemi (CRDI);
yağlanma sistemi;
soyutma sistem;
transmissiya elementləri;
tormoz sistemi;
sükan idarəetmə sistemi;
asqı sistemi;
təkərlərin montaj demontajı, balanslaşdırılması;
dönmə bucaqlarının tənzimlənməsi;
Avtodiaqnostika;
Avtomobil akkumulyatorunun təchizi;
Doldurma sistemi;
İşəsalma sistemi;
İşıqlandırma sistemi;
Alışma sistemi;
Elektrik dövrələr;
Havalandırma sistemi;
Komfort sistemləri.
Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
Təlim müddəti 2 modul üzrə 15 həftə (67 saat) təşkil edir.
Təlimin keçiriləcəyi günlər: həftə içi 3 gün (I, III, V günlər), 1 saat 30 dəqiqə olmaqla;
Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.
Müraciətlərinizi 23 aprel, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz: