Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibətilə sahibkarlarla səhər yeməyi formatında görüş təşkil olunub.

27-04-2026 TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibətilə sahibkarlarla səhər yeməyi formatında görüş təşkil olunub.
Tədbirin əsas məqsədi peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi və yeni tərəfdaşlıqların qurulması olub.
Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilinin inkişaf istiqamətlərindən bəhs edib. O, dual təhsil modellərinin tətbiqinin genişləndirilməsi, istehsalat təcrübələrinin artırılması və sahibkarlarla birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə bir sıra şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb. Memorandumlar “AAC” MMC, “Allsmart Technologies” MMC, “Tuna Nəşriyyat” QSC, Minera İnşaat, Azərbaycan HR İnstitutu və KVET Əlavə Təhsil Mərkəzi ilə imzalanıb.
Sonda qonaqlar üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil olunub. Mərkəzin direktoru Şaban Cəərçiyev təhsil müəssisəsinin maddi-texniki infrastrukturu, mövcud tədris imkanları, ixtisas hazırlığı istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib.

Digər Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00

Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq

2020-01-13 00:00:00