Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə AzeRobot Education Robototexnika Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
13-04-2026
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə AzeRobot Education Robototexnika Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində yeni açılacaq “Robototexnika və avtomatlaşdırma xidməti texniki” ixtisası üzrə tələbələrin istehsalat mühitində praktiki təcrübə keçməsi təmin ediləcək. Bu, onların nəzəri biliklərini real iş şəraitində tətbiq etməsinə və peşəkar bacarıqlarını inkişaf etdirməsinə şərait yaradacaq.
Bununla yanaşı, tələbələrin yerli və beynəlxalq olimpiadalarda iştirakı təşviq olunacaq, onların texniki bilik və innovativ düşüncə qabiliyyətlərinin inkişafına dəstək veriləcək.
Eyni zamanda, müəllim və tələbə heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə ixtisasartırma təlimləri və peşəkar inkişaf proqramlarının təşkili nəzərdə tutulur.
Qurulan bu əməkdaşlıq təhsil və texnologiya sahələri arasında səmərəli inteqrasiyanı gücləndirərək, müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.